20.04.2025, 06:55
AZ EN
02.08.2022, 16:51 433

Lavrov və Mirzoyan Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını müzakirə edib

XƏBƏRLƏR
  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, rəsmi İrəvan və Bakı arasında münasibətlərin normallaşması, həmçinin, Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmaların icrası müzakirə olunub.

Bu barədə məlumat Rusiya XİN-in saytında dərc olunub.

Məlumatda bildirilib ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişatını nəzərdən keçirib.

“Onların Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə fəaliyyətin başlanması baxımından hərtərəfli effektiv icrasına sadiqlik vurğulanıb”, - Rusiya XİN-in məlumatında deyilir. (Report)

Oxşar xəbərlər