24.02.2026, 19:20
AZ EN
24.02.2026, 17:48 7

Köçəryan siyasi səhnədən qovula bilər

XƏBƏRLƏR
  • "Erməni kilsəsində heç bir keşişin insanlara siyasi baxış və partiya mənsubiyyətinə görə ayrı-seçkilik etmək hüququ yoxdur. Bütün keşişlər yadda saxlamalıdırlar ki, onlar Köçəryan və oliqarxlara - Qaqik Sarukyan və Samvel Karapetyana yox, kilsə və xalqa xidmət etməlidirlər".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib. O, qarşıdan gələn parlament seçkiləri ərəfəsində müxalifət qüvvələrinin birləşməsi ehtimalından danışarkən keçmiş prezident Robert Köçəryanın əleyhinə sərt ifadələr işlədib. Rubinyanın fikrincə, seçkilərdən sonra Köçəryan və onunla eyni cəbhədə olan oliqarxlar siyasi səhnədən gedəcək: "Robert Köçəryan və oliqarxlar bu il siyasət meydanı və parlamentdən qovulacaq. Əgər Köçəryan və müxtəlif bloklara bölünmüş oliqarxlar xalqın səslərinin əksəriyyətini qazanıb hakimiyyətə gələ bilsələr, heç kim korrupsiya ittihamı ilə həbs olunmayacaq, çünki hakimiyyətdə olduqları illərdə olduğu kimi, o zaman da hüquq-mühafizə orqanlarının öz işlərini görməsinə imkan verməyəcəklər. Buna görə də bu ssenarinin həyata keçirilməsinin qarşısını necə ala bilərik? Xalq Köçəryan və oliqarxlara səs verməməlidir. Çünki Köçəryan və oliqarxların necə hökumət olduqlarını görmüşük. Biz ölkəmizdə bir daha belə hökumət istəmirik".

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Elxan SALAHOV

Oxşar xəbərlər