24.02.2026, 19:23
AZ EN
24.02.2026, 17:04 56

Fuad Oktay: "Ermənistanla normallaşma prosesi regionda stabilliyin güclənməsinə töhfə verəcək"

XƏBƏRLƏR
  • Ermənistanla münasibətlərin normallaşması prosesi regionda sülh və stabilliyin güclənməsinə töhfə verəcək.

Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə parlamenti regionda dayanıqlı sülhün tərəfdarıdır:

"Biz Azərbaycan və Ermənistanın addımlarını etimadın qurulması üçün vacib hesab edirik. Razılaşdırılan TRIPP layihəsi bütün region üçün əhəmiyyətlidir. İnanıram ki, Gürcüstan da bundan öz faydasını götürəcək". (Report)

Oxşar xəbərlər