20.09.2024, 06:28
AZ EN
12.03.2024, 10:58 164

Ermənistan hakimiyyəti mənasız işlərlə məşğuldur

XƏBƏRLƏR
  • "Hraparak"ın baş redaktoru Armine Ohanyanın "Mart və mard (insan- red)" başlığı ilə yayılmış bugünkü məqaləsində belə məntiqi sonluq var. O, məqaləsinə bu cümlə ilə başlayır: "Ermənistan hakimiyyətinin fəaliyyətində məna, ovqat axtarmaq yersiz və qeyri-səmimi işdir. Öncə ona görə ki, onlar öz düşüncələrini və rəylərini bahar havası kimi tez-tez dəyişirlər. Hava soyuq, mülayim, yaxud isti ilə əvəzləndiyi və fəsad yaratmadığı halda hakimiyyətdə olan Vətəndaş müqaviləsi partiyasının üzvlərinin tez- tez dəyişən düşüncələri yalnız ziyan gətirib".

Ermənistan hakimiyyətinin ruslara qarşı münasibətinin düzgün olmadığını vurğulayan baş redaktor sözügedən məqaləsində ermənilərin bir neçə sifətə malik olduğunu da təsdiqləyir. O, yazır ki, hakimiyyətin əsas fiqurları Avropaya yola düşməzdən öncə ruslar və Ermənistandakı rus bazası, sərhədçiləri barədə müxtəlif fikirlər səsləndirirlər. Avropada isə bu fikirlərə yeni gərəksiz ifadələrlə zənginləşdirilir ki, onlara daha da xoş olsun. Amma hakimiyyətdəki ikinci etalon adlananların bəziləri bununla daxilən razı olmadıqlarına görə ruslar barədə müəyyən müsbət rəylər verməyə məcbur olurlar. "Onlar həmçinin bilirlər ki, xüsusilə jurnalistlərə açıqlama verərkən ilan dili çıxarıb dovşan kimi danışmaq gərəkdir", - deyə baş redaktor əlavə edib ki, bu oyunlar nə vaxtadək davam edəcək? Bu addımla Nikol Paşinyan ölkəni haraya aparacaq?

Geniş şərh vermədən də deyək ki, Ermənistan hökumətinin siyasəti Azərbaycanı yeni zəfərə aparacaq!

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR