31.07.2025, 02:36
AZ EN
23.02.2024, 13:52 382

Paşinyan mənzil sahiblərinə xəbərdarlıq etdi

XƏBƏRLƏR

Ermənistan hökumətinin iclası ənənəvi olaraq hər cümə axşamında keçirilsə də bu həftə həmin ənənə pozulub və bu gün növbəti iclas olub. İclasda Paşinyan Münhen və Fransaya səfərlərinin təəssüratlarını bölüşüb. Ölkədə baş verən son olaylar barədə danışıb. Sosial məsələdən isə danışarkən vurğulayıb ki, hazırda 21 min adam öz mənzilini müxtəlif qiymətə kirayə versə də dövlətə gəlir vergisi ödəmir. Bununla bağlı tədbir görülməsinin vaxtının gəlib çatdığını xatırladan baş nazir sözügedən məsələ ilə bağlı qanunda dəyişikliklər ediləcəyini diqqətə çatdırıb. Azərbaycanın ünvanına ənənəvi yalanlar söyləyən erməni baş nazir danışıqların Ermənistanın maraqlarına uyğun aparılmasının vacibliyini də xatırladıb və guya sülh tərəfdarı olduğunu xüsusi qeyd edib.

Xatırladaq ki, indi Ermənistanda Fransanın "yol xəritəsi" barədə daha çox danışılır. Bu "xəritə" isə sülhə deyil, yeni fitnələrə hesablanıb.

N.Qaramanlı

Oxşar xəbərlər