Məqalənin müəllifi daha sonra qeyd edib ki, bu sözləri Armavir valisinin işçi heyətinin üzvü baş nazir Nikol Paşinyanın yanvarın 5-də vilayətin başçısını işdən çıxarmasına münasibət bildirərkən deyib. O, daha sonra deyib ki, nöqsanların olmasına bir söz demirəm, həmişə olub, olacaq da. Savadlı, ağıllı, təcrübəli adamı hansısa bir nöqsana görə işdən çıxarmaq, onu diletantla əvəzləmək qanunla da düzgün deyil. Ona ya töhmət vermək, ya da xəbərdarlıq etmək düzgün variant hesab edilir.
Müəllif xatırladır ki, baş nazir idman zallarında aparılan işlərlə tanışlıqdan sonra sözügedən vilayətin başçısını işdən azad edib ki, tikinti və tərtibat zamanı nöqsanlara yol verilib. Bu qərarın düzgün olmadığını deyən Areq Markaryan daha sonra vurğulayıb ki, nöqsanlara görə vali yox, bu işə məsul olan tikinti rəhbərləri, o cümlədən layihə rəhbəri, memar, iş icraçısı və s. məsuliyyət daşıyır.
N.Qaramanlı