Belə ki, İrəvanda demək olar hər gün bu və ya digər şüarla narazılıqlar bildirilir. Bəzən isə eyni gündə bir neçə yerdə bunun şahidi olduğunu xatırladan "Hraparak"ın bu gün yaydığı xəbərlərdən birində deyilir ki, dünən paytaxtın "Azadlıq" meydanında "Miasin"("birlikdə") hərəkatının təşəbbüsü ilə növbəti aksiya keçirilib. Çıxış edənlər Qazaxın 4 kəndi ilə bağlı baş nazir Nikol Paşinyanın və spiker Alen Simonyanın açıqlamalarına kəskin münasibət bildirərək deyiblər ki, guya həmin kəndlər hayların olub və 80-ci illərdə Kryuçkovun iştirakı ilə həm Azərbaycan, həm də Ermənistan tərəfindən təsdiqlənib. Tarixi saxtalaşdırmaqda dünyada birinci yerdə olan haylar 80-ci illərdə SSRİ müdafiə naziri postunda Kryuçkovun deyil, Ustinovun olduğunu da "unudublar". Bundan başqa SSRİ kimi nəhəng dövlətin tərkibindəki respublikaların ərazi məsələlərini müdafiə naziri deyil, Sov.İKP MK Siyasi Bürosu müəyyənləşdirirdi. Vaxtilə Ermənistanın baş naziri olan Hrant Bağratyanın Paşinyanın ünvanına "rədd olub getsin ki, bütün məsələləri həll edək" deməsi isə təkcə siyasi mədəniyyətsizlik deyil, həm də hay kobudluğunun heç vaxt aradan qalxmayacağının göstəricisidir.
Azərbaycanın ünvanına da böhtan yağdırmaq yarışına girən hayların, deyəsən, başları yeni yumruq istəyir və ehtiyac yaranarsa, bu mütləq baş verəcəkdir. Axı, Azərbaycan rəhbəri nəyi nə vaxt və necə etməyi dəfələrlə sübut edib.
Nəsib Qaramanlı