V.Şapovalov bildirib ki, baş nazir Nikol Paşinyan "Qərbə daxil olma" arzusu və prinsipi ilə işləyir. O, Qarabağdakı məğlubiyyətdə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını günahlandırır və bunu dəfələrlə bəyan edib. Halbuki Qarabağda müharibənin dayandırılmasında Rusiyanın əvəzsiz rolu olub deyən rusiyalı ekspert bildirir ki, Paşinyan müxtəlif bəhanələrlə Qərbdən gələn sifarişləri yerinə yetirməyə çalışır. Amma KTMT-dan nə vaxt çıxacaqlarını açıq mətnlə demir. Rusiyanın öz öhdəliklərini daim beynəlxalq qanunlar çərçivəsində yerinə yetirdiyini xüsusi vurğulayan ekspert Qərbin Ermənistan üçün yalnız mənfi olaylar yaradacağını da bildirib.
Xatırladaq ki, Paşinyan məhz Qərbin, xüsusilə Fransanın dəstəyinə arxayınlaşaraq Azərbaycanla sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə uzadır. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.
N.Qaramanlı