20.09.2024, 08:40
AZ EN
02.09.2024, 16:51 222

Cinayətkar yenə müharibə istəyir

XƏBƏRLƏR
  • Yüzlərlə dinc xocalılının soyqırımına məruz qalmasında birbaşa iştirak edən Seyran Ohanyanın başçılıq etdiyi müxalif  "hayastan" fraksiyasının bütün üzvləri də terrorçu olduqlarını öz çıxışlarında tam təsdiqləyirlər. Hayların "2 sentyabr arsax günü " adlandırdığı separatçılıqla bağlı "Hraparak"ın müxbiri Karen Martirosyanla söhbət edən S.Ohanyan reallığı əks etdirməyən fikirlər səsləndirməklə Ermənistan parlamentinin sədri Alen Simonyanın təbirincə desək, özünü reklam etmək yolunu tutub.

O, yenə müharibə tərəfdarı olmasını gizlətmədən əlavə edib ki, guya 44 günlük müharibədə özü nazir  olsa idi "arsaxlılar" indi İrəvanda yasa batmazdılar.

Sözügedən agentliyin xəbərinə istinadən xatırladaq ki, haylar sentyabrın 20-də və 27-də də  özlərinin vay gününü qeyd edəcəklər.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR