10.10.2024, 14:40
AZ EN
15.05.2024, 11:08 282

BMT-dəki daimi nümayəndə: Fransa Cənubi Qafqazdakı proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırır

XƏBƏRLƏR
  • BMT Təhlükəsizlik Şurasının 2024-cü il aprelin 19-da keçirilən iclasında Fransa nümayəndələrinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərə dair bəyanatları əsassız və yanlışdır.

Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir.

Məktubda qeyd edilib ki, Fransa nümayəndələrinin şərhləri iki ölkənin sərhədlərin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə etdikləri bir günə təsadüf edir.

Y.Əliyev bildirib ki, Baş katib Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyaları arasında aprelin 19-da əldə edilmiş razılaşmaları alqışlayıb və qalan sahələr üzrə işlərin davam etdirilməsinə və münasibətlərin tam normallaşması üçün bütün ikitərəfli məsələlərin həllinə çağırıb.

“Fransa Cənubi Qafqazdakı vəziyyət və proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmamalı, regionda sabitliyi pozan fəaliyyətə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməlidir. Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması, münaqişələrin qarşısının alınmasını təşviq etmək, konkret nəticələrə yönəlmiş normallaşma prosesinin təşviqi və regionda davamlı sülhün bərqərar olması istiqamətində səylərini davam etdirməyə sadiqdir və qətiyyətlidir”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin məktubunda qeyd edilib. (Report)

Oxşar xəbərlər