Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, işğal dövründə bölgədə su ehtiyatlarına nəzarətin olmaması səbəbindən digər rayonlarda çoxsaylı artezian quyuları qazılıb:
"Hazırda bəzi ərazilərdə yeraltı su səviyyəsi ən aşağı həddədir. Qarabağ azad edildikdən sonra alternativ su mənbələri yaradılıb və indi həmin artezian quyularının mərhələli şəkildə bağlanması planlaşdırılır". (Report)