19.12.2024, 08:45
AZ EN
04.04.2024, 11:48 371

Baş Prokuror: Ermənistan tərəfindən işğaldan azad olunan ərazilərdə ekoloji cinayətlər törədilib

XƏBƏRLƏR
  • Ermənistan tərəfindən işğaldan azad olunan ərazilərdə ekoloji cinayətlər törədilib.

Bunu Baş Prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.

O bildirib ki, hazırda bu cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən yaradılmış istintaq qrupu tərəfindən araşdırılır:

"Bu cinayətlərin hüquqi nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlərin görülməsi təmin olunacaq".

Kamran Əliyev qeyd edib ki, ekoloji cinayətlərlə bağlı digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər ediblər: Onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.

Qeyd edək ki, Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digərləri iştirak edirlər. (Trend)

Oxşar xəbərlər