24.02.2026, 19:20
AZ EN
24.02.2026, 16:56 176

Ermənistanın aviaşirkətinə Rusiyayadan qadağa

XƏBƏRLƏR
  • Ermənistanda aviadayıcı xidmətləri göstərən şirkətə məxsus təyyarələr Rusiyaya uça bilməyəcək. Buna səbəb Rusiya tərəfindən müvafiq icazənin verilməməsidir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, "Armenian Airlines" aviaşirkətinin Rusiyaya uçuşlar üçün icazəsi yoxdur. Bu barədə müvafiq müraciətlər Rosaviasiyaya təqdim edilməyib.

Məlumatda o da qeyd olunur ki, həmin aviaşirkətin reysləri Ufa və Yekaterinburq hava limanlarının mövsümi cədvəlində yer almışdı. Fevralın 24-nə olan məlumata görə, reyslər yalnız Ufa hava limanının cədvəlində qalıb.

""Armenian Airlines" 2026-cı ilin yay mövsümü üçün Rosaviasiyaya müraciət etməyib. Cari qış mövsümü üçün də hər hansı ərizə təqdim olunmayıb", - deyə Rusiyanın Nəqliyyat Nazirliyi "Armenian Airlines" reyslərinin statusu ilə bağlı sorğuya cavabında qeyd edib.

Moskva tərəfinin yaydığı rəsmi məlumatdan belə məlum olur ki, Ermənistana məxsus aviaşirkətin Rusiyaya həm çarter, həm də müntəzəm uçuşlar həyata keçirməsi üçün icazəsi yoxdur.

Eıxan SALAHOV

Oxşar xəbərlər