23.02.2026, 15:11
AZ EN
23.02.2026, 13:40 11

Avropa İttifaqı Ermənistana 202,5 milyon avro yardım edəcək

XƏBƏRLƏR
  • Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos martın 19-da Ermənistana iki günlük səfər edəcək. Bununla əlaqədar Avropa İttifaqının (Aİ) nümayəndələri Aİ-Ermənistan sammiti ərəfəsində İrəvana gəlib.

"Vətən səsi" xəbər verir ki, bu barədə "The Brussels Times" nəşri məlumat yayıb. Bildirilir ki, işgüzar səfərin məqsədi Ermənistan-Aİ strateji gündəliyinin hazırlanmasında iştirak etmək və bu istiqamətdə görülmüş işlərin hazırkı vəziyyətini qiymətləndirməkdir.

Avropalı nümayəndələrin İrəvana səfəri fonunda bu beynəlxalq qurum Ermənistana 202,5 milyon avroluq yardım paketinin ayrılması ilə bağlı öhdəliyini bir daha təsdiqləyib. Avropa Komissiyasının yaydığı bəyanatda deyilir ki, danışıqlar əsasən nəqliyyat, energetika və rəqəmsal sahələrdə regional qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına yönəlib. Müzakirələr zamanı Aİ-nin regionlararası əlaqələrin inkişafı proqramı ilə paralel olaraq, Ermənistanın "Sülh kəsişməsi" təşəbbüsünə də dəstək ifadə olunub.

Səfər çərçivəsində Ermənistanla birgə müəyyən edilmiş prioritet proqramlara Aİ-nin dəstək variantları qeyd edilib, ticarət və mobillik kimi mühüm sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər