12.02.2026, 17:49
AZ EN
12.02.2026, 16:21 22

Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə bir nəfər “Tərəqqi”, 9 nəfər 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”, iki nəfər 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Dövlətimizin başçısının digər Sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri”, Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanova, Vergi auditi baş idarəsinin rəisi Abbas İsmayılova və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Səməd Vəliyevə “3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbələri verilib. (AZƏRTAC)

Oxşar xəbərlər