26.01.2026, 10:40
AZ EN
25.01.2026, 20:51 53

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

XƏBƏRLƏR
  • Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam imzalayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, spiker Sahibə Qafarova Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, bu sənəd parlamentlərarası əlaqələrin yeni mərhələyə yüksəlməsinə, o cümlədən parlament komitələri, dostluq qrupları, parlament aparatları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. (AZƏRTAC)

Oxşar xəbərlər