Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Məlumata əsasən, 2024-cü ilin analoji dövrü ilə müqayisədə pul ifadəsində göstərici 2,3 milyard dollar (16,2 faiz) azalıb, həcm ifadəsində isə 215 min ton (0,9 faiz) artıb.
Yanvar–noyabr aylarında Azərbaycan neftinin əsas idxalçıları arasında ilk üçlükdə İtaliya liderdir (13,1 milyon ton, 6,7 milyard dollar dəyərində), onun ardınca Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar dəyərində) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox dəyərində) olub.
Cədvəldə 2025-ci ildə Azərbaycandan xam neft və neft məhsullarının ən böyük 10 idxalçısı göstərilib:
|
Ölkə |
İdxal həcmi |
İdxal məbləği (ABŞ dolları ilə) |
|
İtaliya |
13 111 475,61 |
6 727 698 250 |
|
Çexiya |
1 405 059,25 |
742 159 080 |
|
Xorvatiya |
1 255 021,16 |
666 587 010 |
|
Rumıniya |
1 122 055,58 |
598 454 150 |
|
Almaniya |
956 716,48 |
502 018 650 |
|
Portuqaliya |
803 374,35 |
430 730 820 |
|
Yunanıstan |
702 354,87 |
367 729 040 |
|
Böyük Britaniya |
648 255,19 |
336 954 560 |
|
İrlandiya |
577 056,93 |
289 696 230 |
|
Tunis |
432 028,56 |
227 895 520 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri ilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa boru kəməri ilə daşınma dayandırılıb. (Trend)