26.01.2026, 12:27
AZ EN
26.01.2026, 08:27 172

İlyas Hüseynov: "Avropa İttifaqının "mülki missiyası" sülhə heç bir töhfə vermədi"

YAZILAR
  • Bölgədə gedən son siyasi proseslər fonunda Avropa İttifaqının Ermənistandakı missiyasının gələcək fəaliyyəti müzakirə mövzusuna çevrilib. Avropa İttifaqının Ermənistandakı missiyası bölgədən çıxarılmalıdır. Vaşinqtonda paraflanan sülh müqaviləsi fonunda dövlətlərin sərhədində üçüncü tərəfin mövcudluğuna ehtiyac qalmayıb.

Məsələ ilə bağlı fikir bildirən politoloq İlyas Hüseynov belə deyib. Onun sözlərinə görə, Ermənistan ərazisində yerləşən Avropa İttifaqı missiyası sülh prosesinə töhfə verməyib. Çünki nəzərdə tutulandan fərqli fəaliyyətlə məşğul olub:

"Ermənistanda yerləşən Avropa İttifaqının "mülki missiyası" sülhə heç bir töhfə vermədi. Lakin təxribatlar törətməklə Azərbaycanın mövqelərini binoklla müşahidə etməklə yalnız kəşfiyyat məlumatları toplayırdılar. Onların Ermənistan ərazisində müddətin uzadılması yalnız geosiyasi səbəblərə bağlıdır. Avropa İttifaqının, Fransanın burada kəşfiyyat missiyası kimi qalmaqda davam etdilər, əlavə heyətini genişləndirdilər".

İ.Hüseynov qeyd edib ki, hazırkı reallıqların Vaşinqtonda imzalandığı sənəd tarixi sənəd hesab olunur. Bu sənədə uyğun olaraq Avropa İttifaqına regionda heç bir ehtiyac qalmır və regionu tezliklə tərk edə bilərlər".

Politoloqun fikrincə, müşahidə etmək adı altında missiya bölgədə gərginliyi artırıb.

"Qeyd edim ki, Azərbaycanla Ermənistan arasında paraflanan sülh müqaviləsinin 17 maddəsinin 15 növü əvvvəlki dövrdə razılaşdırılmışdı, açıq 2 maddədən biri elə məhz Avropa İttifaqının bölgəni tərk etməsi ilə bağlıdır. Ermənistan bunu qəbul etdikdən sonra sülh müqaviləsi ilə bağlı bütün maddələr razılaşdırıldı. Ötən ilin martında və eləcə də 8 avqustda tarixi sənəd imzalandı. Düşünürəm ki, burada Azərbaycan diplomatiyası böyük üstünlük əldə edib. Kənar geosiyasi mərkəzlər regionu tərk edir, region müstəqil, iqtisadi-siyasi, mədəni, humanitar əməkdaşlıq mərhələsinə daxil olur".

Politoloq bildirib ki, bu addımlar təhlükəsizliyi və sabitliyi möhkəmləndirəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər