15.01.2026, 02:13
AZ EN
20.10.2025, 18:18 136

Sahibə Qafarova: Sülh sazişinin paraflanması Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır

XƏBƏRLƏR
  • Bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması və sülh sazişini paraflaması onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı zamanı söyləyib.(AZƏRTAC)

Sahibə Qafarova bu əlamətdar hadisənin Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacağına ümidvar olduğunu bildirərək deyib: “Bu isə hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır”.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR