04.02.2025, 20:38
AZ EN
04.02.2025, 17:49 107

Ermənistan sülhə yox, müharibəyə hazırlaşır

XƏBƏRLƏR
  • 2025-ci il üçün Ermənistanın hərbi xərclərinin 1,7 milyard dolları üstələyəcək. Bu isə 44 günlük müharibə nəticəsində kapitulyasiya aktına imza atmış Paşinyanın lideri olduğu ölkədə ümumidaxili məhsulun (ÜDM) 5 faiz həcmindədir. Statistik rəqəmlər həm də onun göstərir ki, Ermənistan ÜDM-ə nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir.

“Vətən səsi” xəbər verir ki, siyasi müşahidəçilər Ermənistanın real hərbi xərclərinin rəsmi açıqlaanan rəqəmlərdən daha çox olduğu qənaətindədir. Bildirilir ki, Ermənistan hökuməti hərbi-strateji əməkdaşlıq etdiyi ölkələrdən, xüsusilə qonşu İrandan aldığı silahlarla bağlı məlumatları gizlədir.

Politoloq Zaur İbrahimli də Ermənistanın son illərdə silahlanmaya ayırdığı real xərcləri gizli saxladığını düşünür. Onun fikrincə, İrəvan 44 günlük müharibədən sonra kütləvi silahlanma üçün külli miqdarda vəsait xərcləyir və bu tendensiya ən azı qarşıdakı bir il ərzində davam edəcək: “Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur. Ötən ilin yayında Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imza atıb. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. İrəvan həmin sistemlər üçün 36 artilleriya sistemi və 155 millimetrlik mərmiyə 200 milyon avro xərcləyib. Üstəlik Ermənistan Fransanın ilə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzalayıb. Bu, o deməkdir ki, təkcə Fransadan silahların alınması ilə bağlı müqavilələrin dəyəri 400 milyon avrodan çoxdur”.

Ermənistanın sürətlə silahlanmasını regionda sülhə əsas təhdidlərdən biri kimi dəyərləndirən ekspert bildirib ki, İrəvan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın da bir nömrəli silah idxalçısına çevrilib. Zaur İbrahimlinin fikrincə, İrandan gizli yollarla əldə edilən silahları da nəzərə alsaq, Ermənistanın sülhə deyil, müharibəyə hazırlaşdığını anlamaq çətin deyil: “Kütləvi silahlanmaya dair faktlar göstərir ki, Ermənistan sülhə yox, yeni müharibəyə hazırlaşır. Son vaxtlar erməni ordusunda hərbi təchizatın genişləndirilməsi, İran və Fransa da daxil xarici tərəfdaşları ilə birgə hərbi təlimlər keçirməsi də buna dəlalət edir. Ermənistanın məqsədi sülh çağırışları ilə pərdələnərək bilavasitə revanşa hazırlaşmaqdı. Amma əminliklə deyə bilərik ki, revanşizmə meyilli Ermənistan yenidən hərbi müdaxiləyə əl atsa Paşinyan bu dəfə onlayn yox, canlı olaraq təslimçi saziş imzalamalı olacaq”.

Elxan SALAHOV

Oxşar xəbərlər