Milli Məclisin deputatı Tural Gəncəliyev məsələyə münasibəti ifadə edərkən bildirib: “Obyektiv vasitəçilik funksiyasını daşıyan bilən tərəflər olmalıdır, qərəzsiz olmalıdır. Fransanın, bütün bu kontekstlə yanaşsaq, Fransa heç bir cəhdlə, heç bir vəchlə bu kontekstə uyğun gəlmir. Dediyimiz kimi, bu, həm Fransanın keçmiş diplomatik Azərbaycanın əleyhinə olan təcrübəsindən, həm də Fransanın son zamanlar ümumiyyətlə, açıq ermənipərəst siyasəti bütün bu obyektiv olmaq səylərinin üzərindən böyük xətt çəkir”.
Bəli, Fransanın ermənipərəst siyasəti və mövqeyi heç kimə sirr deyil. Erməni lobbisinin güclü təsiri altında olan ölkə açıq şəkildə Ermənistanı müdafiə edir. Bu siyasət artıq uzun illərdir davam edir. Hətta Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi 30 illlik vasitəçilik dövründə nəinki Ermənistanın işğalçılıq siyasətinə göz yumub, hətta çəkinmədən daim onun maraqlarını təmin edərək yanında olduğunu göstərib. Belə olan halda, yenidən bu ölkənin vasitəçiliyinə güvənmək olarmı? Fransanın iştirakı ilə bağlı keçirilən bütün görüşlərdən imtina olunmasını tələb edən Azərbaycan ictimaiyyətinin bu suala cavabı qəti və birmənalıdır.
Millət vəkili Sevil Mikayılova fikrlərini belə izzah edib: “Fransada anti-Azərbaycan qüvvələrinin aktivləşməsi təbii ki, bizdə təəssüf doğurur, xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan arasında son aylarda müşahidə olunan normallaşma prosesindəki müsbət dinamikaya sanki zərbə vurmaq, bu prosesləri istəyən siyasi dairələr hazırda ciddi-cəhdlə çalışırlar. Fransa tərəfindən aldığımız bu qeyri-konstruktiv yanaşma, təbii ki, bizi artıq münasibətlərimiz haqqında yenidən düşünməyə vadar eləyir.
Fransa Brüssel formatını mənimsəmək üçün canfəşanlıq edir. Eyni zamanda gizli şəkildə Azərbaycana qarşı planlar qurur. Lakin bu ölkəyə inamı olmayan Azərbaycan xalqı Fransanın niyyətinin arxasında nələrin dayandığını çox yaxşı başa düşür. Çünkü ortada Fransanın ATƏT-in Minck qrupuna dırnaqarası həmsədrlik təcrübəsi var. Tarix də göstərir ki, Asiya və Afrika ölkələri zaman-zaman müstəmləkə siyasəti yürüdən Fransanın qurbanı olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti müsəlman dövlətlərinə qarşı qərəzli mövqeyi dini və irqi ayrı-seçkiliyi faklarla tarixə keçib. Bu ayrı-seçkilik Türkiyəyə qarşı daiç özünü biruzə verir. Düşmənçilik siyasəti yürüdən fransa qardaş ölkənin Avropa İttifaqına üzv olmasının əsas əlehdarıdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ