Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. "Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin", - deyə R.T.Ərdoğan əlavə edib.