11.06.2025, 14:00
AZ EN
10.06.2025, 11:48 120

Xarici kəşfiyyat erməni kilsəsini ifşa edib

XƏBƏRLƏR
  • Erməni kilsəsinin keçmiş prezident Robert Köçəryan və digər müxalif qüvvələrlə eyni ittifaqda birləşərək Paşinyan hökumətinə qarşı gizli planlar qurması xarici kəşfiyyatın məlumatları əsasında ifşa edilib.

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu son günlər Ermənistanın Baş naziri Nikol Paşinyanla II Qaregin arasında yaşayanan gərginliyi şərh edərkən bildirib. O, qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan qəti şəkildə II Qareginin könüllü subaylıq əhdini pozaraq uşağı olması xəbərini ancaq kəşfiyyat mənbələrindən əldə edə bilərdi: "Qareginin övladının olduğunu ya Ermənistanın kəşfiyyat strukturları Paşinyana veriblər, ya da bunun arxasında xarici ölkə kəşfiyyat stukturlarından biri dayanır. Söhbət Nikol Paşinyanın hakimiyyətini itirməsini və Ermənistanda Rusiyaya bağlı güclərin hakimiyyətə gəlməsini istəməyən ölkələrin kəşfiyyat strukturlarından gedir".

Politoloq hesab edir ki, Nikol Paşinyanın II Qareginlə yanaşı keçmiş prezident Robert Köçəryanın üzərinə də getməyə başlayaraq, onun korrupsiya əməllərini faş edə biləcəyi xəbərdarlığı da eyni prosesin çox mühüm tərkib hissəsidir: "Böyük ehtimalla II Qareginin övladının varlığı məlumatını Paşinyana ötürən mənbə Robert Köçəryanın hakimiyyəti dövründə və sonrasında korrupsiya əməlləri barədə də əllərindəki məlumatları Ermənistanın baş nazirinə ötürüblər. Paşinyan bu məlumatlar əsasında parlament seçkisi öncəsində rəqiblərini əzib keçməyə çalışacaq. Onun bu fəaliyyəti bizim də xeyrimizədir".

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə özünün sosial şəbəkə hesablarında  "II Qaregin öz könüllü subaylıq əhdini pozub və uşağı var" məzmunlu paylaşımlar edib. O, həmin paylaşımında II Qaregini Erməni Apostol Kilsəsinin katalikosluğundan imtina etməyə çağırıb: "II Qaregin öz könüllü subaylıq əhdini pozub və uşağı var. Bu faktdır və əgər II Qaregin bunu təkzib etməyə cəhd göstərərsə, mən bunu lazımi formatda sübut edəcəyəm. Bununla əlaqədar olaraq, Erməni Apostol Kilsəsinin kanonik hüququna əsasən, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola bilərdi, nə də seçilə bilərdi. O, katolikos ola bilməz. Ktrich Nersisyan Patrixar iqamətgahını tərk etməlidir".

Elxan SALAHOV

Oxşar xəbərlər