Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir.
“Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. (AZƏRTAC)