16.04.2025, 07:27
AZ EN
14.04.2025, 21:03 113

Maka Boçorişvili: Prezident İlham Əliyev çox sadə yolla Avropa İttifaqına və Avropa Komissiyasına hər şeyi başa saldı

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqına və Avropa Komissiyasına çox sadə yolla hər şeyi başa saldı. Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda qeyd etdi ki, Orta Dəhlizdən danışarkən, ilk növbədə, xəritəyə nəzər salmaq kifayətdir.

Bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Daily Chronicle” verilişində çıxışı zamanı söyləyib.

Nazir deyib: “Prezident İlham Əliyev Avropa İttifaqı və Avropa Komissiyası rəhbərlərinin diqqətinə çatdırdı ki, dəhlizdən danışarkən, ilk növbədə bu dəhlizin hara getdiyini görmək üçün xəritəyə baxmaq lazımdır. Əgər xəritəyə baxıb oradakı ölkələri görürsənsə, təbii ki, həmin ölkələri qeyd etmədən və bu dəhlizdən danışdığın dövlətlərlə münasibətlərə baxmadan dəhlizdən danışmaq mümkün deyil. Təbii ki, Azərbaycan Prezidentinin yanaşması çox düzgün yanaşmadır”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Gürcüstan da Azərbaycan kimi bu dəhlizdə mühüm rol oynayan iki mühüm ölkədən biridir. Bunun özü Avropa İttifaqı üçün çox vacib, zəruri mövzudur. Bu gün Avropanın müxtəlif istiqamətlərdə ehtiyac duyduğu Asiya və Avropanın bağlantısına töhfə verməli olan layihələri düzgün həyata keçirmək üçün Brüsselin bu məsələyə ciddi yanaşması və manipulyasiya yanaşmalarından istifadə etməməsi də vacibdir.

“Gürcüstan öz rolunu oynamağa hazırdır. Burada hamı başa düşür ki, bu funksiyanı Gürcüstansız yerinə yetirmək və bu məqsədə nail olmaq mümkün deyil”, - deyə Maka Boçorişvili qeyd edib. (AZERTAC)

Oxşar xəbərlər