Bunu Bakıda keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun iştirakçısı, ATƏT-in Bişkekdəki Akademiyasının politoloqu Emilbek Juraev deyib.
“Prezident İlham Əliyevlə çox məhsuldar və səmimi görüşümüz oldu. Prezident heç nədən yayınmadan bütün sualları cavablandırırdı. Konfransda səsləndirilən fikirlərdən o nəticəyə gəlmək olar ki, Prezident İlham Əliyev dünyanın nə ilə üzləşdiyini, həm Azərbaycan, həm də daha geniş region üçün çağırışların və imkanların nədən ibarət olduğunu çox yaxşı anlayır. O, region üçün mühüm rola sahib olan Türk Dövlətləri Təşkilatından da söz açdı”, - deyə politoloq diqqətə çatdırıb.
Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, çox güclü ambisiyaya və aydın baxışa malik olduğunu bildirən Emilbek Juraev deyib: “Azərbaycan hökumətinin bütün dünya - Avropa, Amerika, Afrika və Asiya ilə geosiyasi çağırışlarla bağlı çox aydın baxışı var. Hesab edirəm ki, bütün bu istiqamətlərdə Azərbaycanın səyləri müttəfiqlər və regiondakı tərəfdaş ölkələr tərəfindən dəstəklənməlidir”. (AZƏRTAC)