19.05.2024, 07:58
AZ EN
06.05.2024, 17:24 114

Erməni spikerdən Köçəryana və Sarkisyana mesaj: “Fiaskoya uğramısınız”

XƏBƏRLƏR

"Ermənistan müxalifətini istənilən seçkidə məğlub edə bilərik. Artsvik Minasyan bildirir ki, kilsə siyasi prosesin başlanğıcında dayanır. Sual budur ki, kilsə siyasətin kökündə necə dayana bilər? Gedin partiyanızı qeydiyyatdan keçirin, sizin də partiyanız olsun, bir-birinizlə yarışın”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətin rəsmi İrəvanın Azərbaycanla delimitasiya prosesinə başlamasından sonra Paşinyan hökumətini devirmək üçün planlarını şərh edərkən bildirib. O, hakimiyyəti ələ keçirməyə çalışan hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sərkisyana da xitab edib: “Hakimiyyətdə kimin olduğuna Ermənistan xalqı qərar verəcək, nə sən, nə Artur Xaçaturyan, nə Vinni Pux, nə Köçəryan, nə Serj, nə də başqası. Seçimi Ermənistan xalqı edəcək. İstəmirsə, dəyişəcək, başqası gələcək. Fiaskoya uğramısınız, amma yenə növbədənkənar seçkilərdən danışırsınız. Etmədiyiniz şeylərdən danışırsınız, deməyə sözünüz və üzünüz yoxdur. Hərəkət etmək üçün üzünüz yoxdur. Sizi hər on aydan bir erkən seçkilərə aparıb qalib gələ bilərik”.

Erməni spiker müxalifətin Ermənistanı müharibəyə sürükləməkdə, erməni xalqını aldatmaqda və onları avam hesab etməkdə qınayıb: "Xalqı avam, eşşək, dəli yerinə qoymayın. İnsanlar hər şeyi bilirlər”.

Simonyan müxalifətin əksinə olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını da söyləyib: “Deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bəli, ona görə ki, bizim ərazi bütövlüyümüz buna bağlıdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər