08.06.2025, 17:20
AZ EN
03.12.2024, 19:48 320

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin komitə sədrləri regional əməkdaşlığı müzakirə ediblər

XƏBƏRLƏR
  • Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələri sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuat Oktay “X”də yazıb.

O bildirib ki, görüş çərçivəsində regionda təhlükəsizlik, sabitlik və rifahın təmin olunması, regional kommunikasiyaların inkişafı və üç ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişafı barədə fikir mübadiləsi aparılıb.

F.Oktay, həmçinin qeyd edib ki, Cənubi Qafqazdakı normallaşma prosesi haqqında da danışılıb. (Report)

Oxşar xəbərlər