16.09.2025, 02:30
AZ EN
17.05.2024, 09:10 400

Türkiyəli diplomat Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib

XƏBƏRLƏR
  • Türkiyənin Rusiyadakı keçmiş səfiri, diplomat Ümit Yardım Fransanın Azərbaycana qarşı əsassız iddialarına cavab verib.

O, bu barədə “X”də yazıb.

O bildirib ki, Fransa müstəmləkəçilik tarixinin ən əsas nümunələrindəndir: “Fransa Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qəzəblənib”.

Diplomat, həmçinin yeni dünya nizamının formalaşdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerald Darmanan “France-2” telekanalına müsahibəsində Yeni Kaledoniyada baş verən iğtişaşlara görə Azərbaycanı ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək qeyd edib ki, bunlar əsassız ittihamlardır. (Report)

Oxşar xəbərlər