08.06.2025, 14:26
AZ EN
23.03.2025, 22:04 156

Roma Papası Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb

XƏBƏRLƏR
  • Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılmasını alqışlayıb.

Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin martın 23-nə olan bülletenində qeyd olunub.

“Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzərində razılığa gəliblər. Ümid edirəm ki, o, tezliklə imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına öz töhfəsini verəcək”, – deyə Papa Fransiskin sözləri sitat gətirilib. (Trend)

Oxşar xəbərlər