20.04.2025, 07:53
AZ EN
23.03.2025, 09:16 114

XİN: Ararat Mirzoyanın iddiaları tamamilə əsassızdır

XƏBƏRLƏR
  • Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın “Folha” qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında “Qlobal Cənubun” və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə iddiaları tamamilə əsassızdır.

Ermənistan XİN rəhbərinin COP barədə açıqlamasına Azərbaycan XİN-dən reaksiya

Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər nazirinin Braziliyanın “Folha” qəzetinə müsahibəsində COP-la bağlı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

Ermənistanın COP barədə məlumatsızlığı

Görünür ki, Ermənistan xarici işlər naziri COP çərçivəsində aparılan iqlim danışıqlarından ümumiyyətlə xəbərsizdir.

“Qlobal Cənub” üçün COP-ların əhəmiyyəti

İndiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Qlobal Cənub” üçün əlamətdar qərarlar qəbul edildiyi məlumdur.

Ermənistan XİN rəhbərinin fikirləri – bütün COP-lara hörmətsizlik

Bu baxımdan, Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər yalnız COP29-un deyil, ondan əvvəlki bütün COP-ların da ev sahiblərinə hörmətsizlikdir.

Bakı COP-u: Qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi

COP29-a gəldikdə isə qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi hesab olunan Bakı COP-u həm təşkilatçılığın səviyyəsi, həm də danışıqların yekununda əldə olunmuş nəticələrə görə ən uğurlu COP-lardan biri kimi qəbul edilir.

Bakı İqlim Maliyyəsi Hədəfi – maliyyələşmədə tarixi artım

Bakı İqlim Maliyyəsi Hədəfi qərarına əsasən, əvvəllər inkişaf etmiş dövlətlər tərəfindən inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı fəaliyyətlərini maliyyələşdirmək üçün dövlət mənbələrindən ayrılması nəzərdə tutulan illik 100 milyard ABŞ dolları məbləğində hədəf Bakıda 3 dəfə artırılaraq 300 milyard ABŞ dollarına qaldırılıb. Həmin qərara əsasən, eyni məqsədlər üçün bütün mənbələrdən (həm dövlət, həm də qeyri-dövlət) əldə olunması nəzərdə tutulan məbləğ 1,3 trilyon ABŞ dolları olaraq müəyyən edilib.

Karbon bazarları mexanizminin işə salınması

Bakı COP-u həmçinin 10 ilə yaxındır davam edən və indiyə qədər əvvəlki COP-larda nəticə əldə etməyin mümkün olmadığı karbon bazarları mexanizminin (Paris Sazişi Kredit Mexanizmi) işə salınması ilə bağlı qərarın qəbulu ilə də yadda qalıb. Bu çərçivədə də “Qlobal Cənub” ölkələrinin iqlim maliyyəsindən geniş şəkildə faydalanması mümkün olacaq.

İtki və Zərər Fondunun işə salınması

COP29 “Qlobal Cənubun” xüsusi əhəmiyyət verdiyi İtki və Zərər Fondunun işə salınması baxımından da əlamətdar olub.

Bakı COP-unun nailiyyətləri və növbəti mərhələlər

COP29 sədrliyinin xüsusi səyləri nəticəsində əldə olunmuş bu uğurlar Bakı COP-unun nailiyyətlərinin yalnız bir qismidir.

Belem COP-na hazırlıq və gələcəyə ümidlər

Hazırda qlobal iqlim ictimaiyyəti üçün başlıca prioritet Bakı COP-nun nəticələrinin icrası və Belemdə keçiriləcək növbəti COP-a hazırlıqdır.

Ümidvarıq ki, Belem COP-u da iqlim danışıqlarında növbəti irəliləyiş olacaq. (APA)

Oxşar xəbərlər