Kitabxanadan bildirilib ki, əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov, Komplektləşdirmə, kitabişləmə və elektron kataloq bölməsinin müdiri Fəridə Hüseynova və İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova tədbirdə çıxış ediblər.
Kitabxananın Oxu zalında isə faciənin qurbanlarına həsr edilmiş fotoşəkillərdən, kitab və dövri nəşrlərdən ibarət sərgi nümayiş olunub.
Sonra 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş edilib. (AZƏRTAC)