18.04.2024, 15:09
AZ EN
20.09.2022, 15:35 284

Vladimir Putin Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı fikir bildirib

XƏBƏRLƏR
  • “Qeyd edim ki, təşkilat (KTMT) xətti ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar tədbirlər görülür. Qarşıdurma zonasına KTMT-nin baş katibinin rəhbərliyi ilə xüsusi missiya göndərilib.... Hesab edirik ki, mübahisəli ərazi məsələlərinin həlli Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində və Rusiya tərəfinin konsultativ dəstəyi ilə mümkündür”. Rusiya Prezidenti Vladimir Putin bu sözləri xarici səfirlərin etimadnamələrini qəbul edərkən deyib.

Rusiya dövlət başçısının fikirləri Ermənistanda qəzəblə qarşılanıb. Paşinyanın tərəfdarlarının rusdilli «Баграмян 26» teleqram kanalı V.Putinin fikilərinin qəbuledilməz olduğunu bildirib.

Oxşar xəbərlər