19.10.2024, 10:30
AZ EN
14.09.2022, 13:15 311

Fərid Şəfiyev: Azərbaycan Vətən müharibəsində Qələbə qazanaraq BMT qətnamələrini özü icra etdi

XƏBƏRLƏR
  • Sentyabrın 14-də BMT Təhlükəsizlik Şurasının görüşü olacaq və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə ediləcək.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun BMTM-in dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Sonuncu dəfə belə bir iclasın 27 il əvvəl keçirildiyini vurğulayan Fərid Şəfiyev deyib: “Ötən dövr ərzində Şura məsələ ilə məşğul olmayıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsi var idi. Ancaq həmin qətnamələr bu qurum tərəfindən yerinə yetirilmədi. Nəhayət, Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq BMT qətnamələrini özü icra etdi”. (AZƏRTAC)

Oxşar xəbərlər