25.04.2025, 15:59
AZ EN
17.10.2024, 14:33 204

"3+3" Cənubi Qafqazda dayanıqlı sülhün açarı ola bilər

XƏBƏRLƏR
  • İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təşəbbüsü iləı yaradılan "3+3" regional platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. O, bildirib ki, görüşdə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri iştirak edəcək: "Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması “3+3” vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib isə ki, Kreml “3+3” formatına Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə nail olmaq üçün region ölkələrinin səylərinin əlaqələndirilməsinin effektiv mexanizmi kimi baxır. O, qeyd edib ki, sözügedən platforma regionda ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün bir fürsətdir: "Rusiya XİN başçısı Sergey Lavrov oktyabrın 17-18-də "3+3" platformasının üçüncü iclasında iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edəcək. Bu platforma Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyəni əhatə edir. Biz bu formatı Cənubi Qafqaz və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olmaq üçün regional səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, həmçinin ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün imkan kimi görürük".

Xatırladaq ki, “3+3” formatının ilk görüşü 2022-ci ildə Moskvada, 2023-cü ildə isə Tehranda keçirilib. Platformaya Gürcüstan daxil edilsə də, Tbilisi görüşlərdə iştirak etməyib. Sonuncu görüşdə Ceyhun Bayramov, Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan iştirak edib. Bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçinin İstanbul görüşündə iştirak edəcəyi açıqlanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər