22.11.2024, 10:42
AZ EN
18.07.2024, 19:48 180

Vüqar Süleymanov: Mina hadisələrinin əksəriyyəti keçmiş təmas xəttindən kənarda baş verir

XƏBƏRLƏR
  • Mina hadisələrinin əksəriyyəti keçmiş sərhəd xəttindən kənarda baş verir.

Bunu açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

"Mina partlayışlarının 70 faizinin keçmiş sərhəd xəttindən kənarda baş verməsi onu göstərir ki, minalar məntiqsiz və qeyri-peşəkar şəkildə yerləşdirilib. Bu səbəbdən, əməkdaşlar təmizləmə prosesinə həddindən artıq diqqətlə yanaşırlar.

2020-ci ilin noyabr ayından bu günə qədər 148 min hektardan cox ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. 124 min ədəddən artıq mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib", - o qeyd edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR