Parlamentin martın 15-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova bayramla əlaqədar Prezident və birinci xanıma təbrik məktubu ünvanlamağı təklif edib.
Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.
Milli Məclisin sədri Sahibə Qafarova toplantının sonunda deputatların diqqətinə çatdırıb ki, parlamentin növbəti plenar iclası martın 29-da keçiriləcək. (Report)