"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Bakı və İrəvan arasında əlaqələrin yaradılması üçün ilkin prinsiplər məhz dəhliz məsələsi həll edildikdən sonra razılaşdırılacaq. Həmin razılaşmanın əsasında isə sülhə dair sənəd imzalanacaq. Hətta rəsmi Bakının dəfələrlə bəyan etdiy kimi heç bir vasitəçi olmadan İrəvanla birbaşa dialoqu davam etdirəcəyi söylənilir və bildirilir ki, bütün razılaşmalar ikitərəfli müzakirələr çərçivəsində olacaq.
O da iddia edilir ki, Azərbaycan və Ermənistan rəsmiləri sənədi imzalamaq və təməl razılaşma əldə etmək üçün Tiflisdə görüş keçirəcəklər.
Elxan SALAHOV