23.12.2024, 07:12
AZ EN
13.06.2024, 17:52 256

Fransa nəşrindən ermənilərə CAVAB: Azərbaycan hörmətə layiqdir!

XƏBƏRLƏR
  • Ənənəvi olaraq Fransada güclü olan erməni lobbisi yerli mətbuatda Azərbaycana qarşı irimiqyaslı kampaniyaya başlayıb. Bakı-Paris münasibətlərində Emmanuel Makronun təhrik etdiyi böhrandan yararlanan erməni fransızdilli media resursları az qala hər gün Azərbaycanın ünvanına böhtanların və fantastik iddiaların olduğu yazılar tirajlayır. Sevindirici haldır ki, Fransa mətbuatında bu anti-Azərbaycan iddialar arasında regionumuzda baş verənlərə dair həqiqəti söyləyən səslər də var.

Belə ki, Parisin "La Gazette du Caucase" qəzetində dərc olunan məqalədə jurnalistlər Bakını "Qarabağda erməni irsini məhv etməkdə" ittiham edən fransızdilli erməni nəşri "Armenews"un təxribat xarakterli məqaləsini təkzib ediblər.

"Hətta iki ölkə arasında münasibətlərin ən pis dövrlərində belə Azərbaycanda erməni kilsələri fəaliyyət göstərməyə davam edib. Lakin Qarabağ erməni işğalı altında olduğu müddətdə həmin ərazilərdəki Azərbaycan məscidləri anbar və ya tövlə kimi istifadə olunub, tarix və mədəniyyət abidələri isə vandalizmə məruz qalıb. Qarabağda yüzlərlə mədəniyyət və dini abidə dağıdılıb, lakin bu abidələr Azərbaycanın olub, onları dağıdan isə ermənilər olub", - deyə "La Gazette du Caucase" qeyd edir.

Nəşr yazır ki, etnik, konfessional və mədəni müxtəliflik daima Azərbaycanın bir növ "vizit kartı" olub.

"Azərbaycan və onun prinsipləri böyük hörmətə layiqdir. Çoxəsrlik tarixi və İpək Yolu üzərindəki strateji mövqeyi sayəsində müxtəliflik daima Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olub. Bu gün Azərbaycanın şəhər və rayonlarında müxtəlif etnik qruplar dinc şəkildə yaşayır, bərabər hüquqlardan istifadə edir və inkişaf edir", - deyə jurnalistlər yazır.

İrsin məhv edilməsi ilə bağlı ittihamlara gəlincə, Paris qəzeti vurğulayır ki, ermənilər uzun illər ərzində Cənubi Qafqazın tarixini təhrif edərək feyklərlə doldurub.

"Uzun illər ərzində Ermənistan tərəfi Azərbaycan ərazisində guya "erməni irsinin məhv edildiyini" bar-bar bağıraraq, tarixi alban məbədlərinin bərpasına mane olmağa çalışıb. İndi isə, 200 il ərzində ilk dəfə olaraq Alban-Udi Xristian İcması sərbəst şəkildə öz məbədlərini ziyarət edə və əcdadlarının inşa etdiyi kilsələrdə edə bilər. Ermənilər artıq bölgənin tarixini istədikləri kimi diqtə edə bilmirlər", - məqalədə deyilir. (Trend)

Oxşar xəbərlər