19.10.2024, 15:24
AZ EN
15.03.2024, 09:28 263

Tural Gəncəliyev: “Avropa Parlamentində faşist ideologiyasına xidmət edən siyasətçilərin sayı çoxluq təşkil edir”

XƏBƏRLƏR
  • On illər boyu Azərbaycan ərazilərinin işğalı faktına göz yuman qruplar beynəlxalq hüququn bərqərar olmasına sevinmək əvəzinə separatçılığa dəstək verən açıqlamalar verir qətnamələr qəbul edir. İkili standartlar ortaya qoyan populist və faşist ideologiyasının tərəfdarları Avropa Parlamentində hazırda söz hüququna sahibdir. Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac. Bu, Avropa Palamentinin qəbul etdiyi qətnamənin adıdır. Əslində adı pozitiv təəssürat yaradır. Qətnamənin mətni isə bu təəssüratı alt-üst edir. Belə ki, əsas mahiyyəti Azərbaycan əleyhinə ittihamlardan ibarətdir. Sənəddə Laçın dəhlizinin blokadası, Dağlıq Qarabağın qalan hissəsinə hücum və yüz min erməninin etnik təmizlənməsi və s. Çoxdan qırxı çıxan ifadələr də yer alıb. Bu, Avropanın qurum və təşkilatlarından Azərbaycana yönələn ilk belə addım deyil. Xüsusilə  Azərbayan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra  bu kimi qərar dozasını aşan qətnamələr daha da çoxalıb.

“Son zamanlar orda keçirdiyimiz görüşlərdə hər dəfə mən görürəm ki, Avropa Parlamentində populist, ulturasax, faşist ideologiyasına istinad eləyən siyasətçilərin sayı  artmaqdadır”. Bunu İctimai TV-yə açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib. Deputat bildirib ki, təəssüfedici haldır ki, bu siyasəti dəstəkləyən partiyalar hal-hazırda Avropa Parlamentində əsas çoxluğu təşkil edirlər: “Bu gün belə bir təəssürat yaranır ki, Avropa Parlamentində edilən çıxışlar  qəbul edilən qətnamələrin hamısını sanki İrəvanda hazırlayıb təqdim edirlər, onlar da bunu səsləndirirlər”.

Baş verənlərdən aydın olur ki, Avropa Parlamentinin adını sülhyönümlü qoyduğu qətnamə heç də təqdim etdikləri xarakteri daşımır. Əslində təşkilat geosiyasi maraqları üçün Ermənistandan istifadə etməklə yanaşı, təsir dairələrinə daxil edə bilmədiyi Azərbaycanı cəzalandırmağa çalışır. Belə siyasətin uğursuzluğu ilə bağlı faktlar postsovet məkanında kifayət qədər olsa da, “bəlkə, bu dəfə alındı” prinsipinə söykənən siyasət hələ də davam edir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər