09.06.2025, 06:49
AZ EN
28.12.2023, 15:52 370

XİN başçısı: 2024-cü ildə sülh istiqamətində inkişafa nikbin baxırıq

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan arasında sülh üçün mühit önəmlidir. 2023-cü ilin sonnunda müəyyən müsbət nəticələrin birbaşa təmaslar nəticəsində əldə olunmasına diqqət çəkmək istəyirəm. 2024-cü ildə sülh istiqamətində inkişafa nikbin baxırıq. Eyni zamanda, öz tərəfimizdən legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət qarşılıqlı addımları atmağa hazırıq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Sülh istiqamətində hər hansısa müsbət irəliləyiş olarsa, bu ümumi prosesə yaxşı mənada təsir edə bilər. Bu mənada, dekabrdakı inkişaf ciddi etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilər. Razılıq iki ölkə arasında birbaşa əldə edilib, üçüncü ölkənin iştirakı baş verməyib”, - nazir deyib.

Ceyhun Bayramov sülh gündəliyi üçün müxətlif istiqamətlərin olduğunu bildirib:

“Noyabrın 30-da delimitasia üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi müsbət inkişafa yönəlik addımdır”.

Nazir deyib ki, noyabr ayında sülh sazişi ilə bağlı Ermənistan tərəfindən təkliflər paketi alınıb:

"Ondan əvvəl isə biz, Ermənistana bir ay müddətində öz təkliflər paketimizi hazırlayaraq göndərmişdik. Bildiyiniz kimi, bu proses 2022-ci ilin oktyabrından başlayıb və fiziki görüşlər də bu prosesin bir hissəsidir. Lakin son zamanlar fiziki görüşlərdə bəlli durğunluq oldu. Ümid edirik ki, 2024-cü ildə bu görüşlərin keçirilməsinin şahidi olacağıq. Vaxt itkisi olmaması üçün də bu təkliflər paketinin üzərində və proses üzərində işləyəcəyik". (APA)

Oxşar xəbərlər