08.06.2025, 23:23
AZ EN
29.11.2024, 10:21 314

Polşa prezidentinin xanımı İrəvanda separatçılarla görüşüb

XƏBƏRLƏR
  • Ermənistanda iki günlük səfərdə olan Polşa prezidenti Anjey Dudanın İrəvanda keçirdiyi görüşlərin bir neçəsində həyat yoldaşı Aqata Kornhauzer-Duda da iştirak edib. Onun xanımı İrəvanda “Missiya Ermənistan” təşkilatının baş qərargahında da olub.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Aqata Kornhauzer-Duda burada təşkilat və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Ermənistandakı ofisinin nümayəndələri ilə də görüşüb. O, Ermənistanla beynəlxalq həmrəylikdən məmnunluğunu ifadə edərək, Varşavanın bu ölkəyə dəstək verən dövlətlər arasında olduğunu vurğulayıb.

Məlumatda o da deyilir ki, Polşa prezidentinin xanımı noyabrın 27-də BMT QAK-ın İrəvandakı ofisində Qarabağdan Ermənistana köçən və vaxtlə separatçı dəstədənin fəal üzvləri olan ermənilərlə ayrıca söhbət edib. Onun "qaçqın" adı altında revanşist əhval-ruhiyyəli separatçı də.stə üzvləri ilə görüşünün təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, Polşa Prezidenti Anjey Duda İrəvana səfəri zamanı Ermənistan prezidenti Vaaqn Xaçaturyanla, baş nazir Nikol Paşinyanla və parlament sədri Alen Simonyanla ayrı-ayrılıqda görüşlər keçirib. Onun Ermənistana səfəri çərçivəsində atdığı bəzi təxribatçı addımlar Azərbaycan tərəfindən sərt təpki ilə qarşılanıb. Dudanın şərti sərhəddə Avropa İttifaqı missiyasının patrul xidmətinə qoşulması və binoklla Azərbaycanın mövqelərini müşahidə etməsi etiraz yaradıb. Rəsmi Bakı onun Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə gedərək Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına narazılığını bildirib.

Elxan SALAHOV

Oxşar xəbərlər