15.09.2025, 17:41
AZ EN
15.09.2025, 15:58 203

Kəlbəcərdə inşa edilən məktəb kompleksinin sahəsi 2,24 hektardır

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcər şəhərində inşa edilən məktəb kompleksinin sahəsi 2,24 hektardır.

Bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva deyib.

Onun sözlərinə görə, kompleksdə məktəb, uşaq bağçası və başqa təhsil müəssisələri fəaliyyət göstərəcək:

"Növbəti tədris ili üçün yeni, müasir və unikal təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır. Təməli 2023-cü ildə qoyulan bu kompleksin sahəsi 2,24 hektar ərazini əhatə edir. 528 şagird üçün ümumtəhsil məktəbi, 80 yerlik uşaq bağçası, 70 yerlik yataqxana və peşə təhsili üçün yeddi fərqli emalatxananın tikintisi nəzərdə tutulub". (Report)

Oxşar xəbərlər