Deputat qeyd edib ki, indi 45 günlük savaşdan sonra yeni-4-cü Azərbaycan respublikasını quran prezident İlham Əliyev nəinki sovet rəhbərləri-Lenin və Stalinin, eləcə də Rusiya imperiyasının bacarmadığı ədalətli tarixi reallığı formalaşdırıb: "30 illik işğaldan sonra 20 sentyabr müraciətində, Azərbaycan rəhbəri “uzaq paytaxtlar”a səslənərək, “əlinizi Qafqazdan çəkin” söylədi, gürcü və erməni xalqını də onların qatı millətçi, faşist təmayüllü qüüvələrindən ayırdı, xarici müstəmləkəçilərə qarşı bütün qafqazlı xalqların vahid lideri kimi çıxış etdi.
Bəli, müharibələr əbədi ola bilməz. Daimi militarizm ideologiyası ilə yaşamaq çox təhlükəlidir. Onda Qərb dövlətləri İrəvanda hərbi baza quracaqlar, adınca NATO bölgədə yerləşəcək və Qafqazı Əfqanıstana çevirəcəklər. Biz Koçaryanın birgəyaşayış mümkün deyil, şüarına zərbə vurmalıyıq.
Ölkə rəhbəri, sadə erməni əhalisi ilə problemimiz yoxdur, deyir. Qalib dövlətin davranışı belə olur. Ermənistan 90-cı illər qələbəsindən sonra millətimizi aşağıladığı üçün layiqli cəzasını aldı. Bizsə, sülh təklif edirik". Z.Oruc daha sonra vurğulayıb ki, reinteqrasiya yalnız Xankəndinə yox, bütün Qaqfaza gərəkdir. Qərb üçün fərqi yoxdur, kim qalib gəlib, onlara daimi sarsıntılar gərəkdir:
"Paşinyan son parlament saatında dedi ki, məğlublar gedib Boston və Parisdə özlərinə tərəfdar toplasınlar. Erməni baş nazir bununla əsrlərdir, düşmənçiliyə investisiya qoyan iki dövlətə, Amerika və Fransaya sığınan "Daşnaksütun"un daxildə dayaq tapa bilmədiyini ifşa elədi. Bəli, tarixdə ilk dəfədir, erməni kilsələrinin də vahidliyi pozulub, o cümlədən, Rusiya erməniləri Amerika və Fransada yaşayan soydaşlarından ayrılıblar, parçalanıblar və hətta Azərbaycanın mövqeyini müdafiə ediblər.
Belə tarixi fürsətdə dövlətimizin yüksək rəsmiləri Xankəndi və Xocavənddən evakuasiya edilən sakinləri geri qayıtmağa çağırdılar. Biz cinayətkarlara cəza versək də Qələbə üzərində birgəyaşayış qurmağa çalışırıq. Əks halda, həm "Böyük Qayıdış"a, həm də daimi müharibələrə dövlətin maliyyə və insan resursu çatmaz. Müqəddəs şəhidlərimizi uca tutaraq, qəhrəman ordumuzla qürur və fəxarət duyaraq, qan yaddaşımıza sadiq qalaraq, çoxmillətli bir dövlət kimi məzarlıqları deyil, kommunikasiyaları və yolları genişləndirmək, Qafqazda hamının dinclik tapdığı Vahid Evi tikməliyik. Son 100 ildə ermənilərin dünyada qurduğu soyıqırım infrastrukturunu söküb bölgəmizə sülh gətirən İlham Əliyevin çağırışı hamını xilas edir. Böyük Cavidin sözləri ilə desək, “kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur, yer üzünü”,- deyə millət vəkili fikrini yekunlaşdırıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ