Zabux kənd məktəbində ümumilikdə 104, birinci sinifdə isə 10 şagird təhsil alacaq.
Sus kənd məktəbində isə ümumilikdə 51, birinci sinifdə iki şagird, məktəbəqədər hazırlıq qrupunda isə 6 uşaq təhsil alacaq.
Laçın şəhər 2 nömrəli tam orta məktəbdə isə ümumi 160 şagird təhsil alır. Yeni tədris ilində 10 şagird məktəbə qədəm qoyub. (Report)