"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O, bildirib ki, qonşu ölkələrlə münasibətləri normallaşdırmaq və strateji tarazlığı təmin etmək üçün uzunmüddətli strategiya lazımdır: “Bizim strateji prioritetimiz sülhdür və sülhü əldə etdikdən sonra onu institutsionallaşdırmaq və gündəlik qayğı işinə çevirməkdir. Ermənistanın dövlət sərhəd möhüründə Ağrı dağının təsvirinin saxlanılması münasibətləri normallaşdırmağa çalışdığımız Türkiyədə mənfi emosiyalar doğura bilər. ”, - qurum rəhbəri bildirib.çıxarılması qərarına toxunan Qriqoryan qeyd edib: “ Bu, qonşuda
Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan da dövlət sərhəd möhüründə Ağrı dağının təsvirinin saxlanılması barədə qərarın qəbul edilməsini dəstəkləyib. Onun fikrincə, ölkəyə giriş-çıxış zamanı vurulan möhürdən Ağrı dağı simvolunun çıxarılması qonşu Türkiyə ilə səmimi əməkdaşlıq münasibətlərinin qurulmasına və gələcəkdə Ermənistanın müstəqil ölkə kimi inkişafıa daha böyük təkan verə bilər: "Ermənistan öz dövlət rəmzlərini rəhbər tutur və Ermənistan pasportlarına vurulan möhür Ermənistan və onun dövlətçiliyi ilə bağlı simvolları ifadə etməlidir. Dövlət rəmzlərində ifrat emosionallıq, o cümlədən qonşu ölkələrə qarşı ərazi iddialarını ehtiva edən işarələr olmamalıdır. Buna görə də qonşularımızla münasibətlərdə Almatı bəyannaməsini əsas götürürk. Niyə? Çünki bizim hər bir hərəkətimiz - istər imza, istərsə də bəyanat şəklində olsun, heç bir halda qonşu ölkələrə təhlükəli mesajlar ötürməməlidir”.
Xatırladaq ki, Ağrı dağı Türkiyə ərazisində yerləşir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.
Elxan SALAHOV