20.10.2024, 02:21
AZ EN
22.01.2024, 12:56 273

Amerikalı müşahidəçi: Seçkiqabağı sorğu ilə bağlı nəticələr gələn həftə açıqlanacaq

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzura səfər edəcəyik. Biz əsasən, 4-5 mövzu üzrə sorğular aparacağıq. Bunlara ölkənin iqtisadi vəziyyəti, təhlükəsizliyi, Qarabağdakı qazanılan uğurlar daxildir.

Bunu Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi George Brinbaum yanvarın 22-də keçirilən tədbirdə səsləndirib.

Təşkilatın nümayəndəsi bildirib ki, sorğuda, həmçinin alimlərin, ziyalıların fikirləri də öyrəniləcək.

“Ölkənin 500 məntəqəsində müşahidə aparacağıq, 25 nəzarətçimiz olacaq. Hər 3 saatdan bir daxili hesabat hazırlanacaq. Seçkiqabağı sorğu ilə bağlı nəticələr gələn həftə açıqlanacaq”, - deyə George Brinbaum bildirib

Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün MSK-ya müraciət edənlərdən biri də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Liqa “exit-poll”u ABŞ-ın “OREACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirəcək. (AZƏRTAC)

Oxşar xəbərlər