Katoliklərin ruhani lideri Papa Fransisk Milad bayramı günündə Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyub, çıxış edib və təbrikini çatdırıb.
Çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh prosesindən danışan Roma Papası vurğulayıb: “Qoy Ermənistanla Azərbaycan arasında yekun sülh günü yaxınlaşsın. Bu sülh prosesini dəstəkləmək üçün humanitar təşəbbüslərin davam etdirilməsi, köçkünlərin qanuni və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, hər bir icmanın dini adət-ənənələrinə və ibadət yerlərinə qarşılıqlı hörmətin olması vacibdir”.
Papa Fransisk, həmçinin Yaxın Şərqdə, eləcə də digər münaqişə zonalarında sülhün əldə olunmasının vacibliyini bildirib. (AZERTAC)