Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər, ikitərəfli gündəliyinin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.