21.11.2024, 18:24
AZ EN
06.12.2023, 13:22 294

İcma sədri: Qərbi azərbaycanlıların hüquqları tam təmin olunmalıdır

XƏBƏRLƏR
  • “Sonuncu deportasiyadan sonra qərbi azərbaycanlılar 35 ildir ki, doğma torpaqlarından ayrı düşüblər. Doğma yurdlarına qayıtmaq onların hüququdur.

Biz Qərbi Azərbaycana qayıdacaq insanların təhlükəsizliyinə Ermənistan tərəfindən tam təminat aldıqdan sonra qayıdış prosesi həyata keçiriləcək. Soydaşlarımızın Ermənistanda bütün dövlət strukturlarında təmsil olunmaq haqqı təmin olunmalıdır. Biz bu tələblərimizi beynəlxalq təşkilatların diqqətinə çatdırmışıq. Qərbi Azərbaycan İcmasının hazırladığı 7 sənəd BMT-nin rəsmi sənədi kimi yayılıb”.

Bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Milli Məclisin deputatı Əziz Ələkbərov “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda dekabrın 6-da keçirilən ictimai dinləmə zamanı səsləndirib.

“Yeni mərhələdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılır.

Qarabağ kimi, Qərbi Azərbaycana qayıdış məsələsi də bütün dünya azərbaycanlılarının məsələsidir. Bu, 60 milyonluq azərbaycanlının strateji hədəfidir”, - deyə Ə.Ələkbərov qeyd edib.

O, bu məsələdə gənclərin də üzərinə məsuliyyət düşdüyünü vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər